
Free Zone
Yerusəlimdə yaşayan Rebekka adlı amerikalı qız yenicə nişanını qaytarır. O, təsadüfən israilli Hanna tərəfindən idarə olunan bir taksiyə əyləşir. Sürücü ərinin amerikalı şərikinin borclu qaldığı böyük məbləği tələb etmək üçün İordaniyadakı azad iqtisadi zonaya yollanır. Rebekka Hannanı yola birgə davam etməyə razı salır.
Qadınlar təyinat nöqtəsinə çatanda onları gözlənilməz xəbər qarşılayır. Leyla adlı fələstinli qadın amerikalı şərikin artıq orada olmadığını və vəd edilən pulun yoxa çıxdığını bildirir.
«Free Zone» dram və komediya filmi 2005-ci ildə rejissor Amos Qitay tərəfindən ərsəyə gətirilib. İspaniya, Fransa, Belçika və İsrailin ortaq istehsalı olan bu ekran əsərində baş rolları Natali Portman, Hana Laslo, Hiam Abbass və Karmen Maura canlandırır.
«Free Zone» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 19 may 2005
- Rejissor
- Amos Gitay
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın