
Ürək çatışmazlığı
Tənha ana Alyona dördyaşlı qızının ürək əməliyyatı üçün təcili vəsait toplamaq məcburiyyətində qalır. Yaxınları ona bu işdə yardım edə bilmir: atası təqaüdçüdür, sevgilisi Dimanın isə lazımi imkanı yoxdur. Çıxış yolu axtaran qadın uzun müddətdir sonsuzluqdan əziyyət çəkən rəhbəri Klavdiya Sergeyevna üçün surroqat ana olmağa razılaşır.
Müqavilə bağlandıqdan sonra Dima bu addımı qəbul etməyərək Alyonadan ayrılır. Çox keçmədən gənc qadın artıq Dimadan hamilə olduğunu öyrənir. Övlad həsrəti çəkən rəhbəri isə ondan doğulacaq bu körpəni ona təhvil verməsini tələb edir.
«Ürək çatışmazlığı» adlı Rusiya istehsalı dram filmi 2017-ci ildə ekranlara çıxıb. Ekran əsərinin rejissoru Sergey Borçukova aiddir. Əsas obrazları İrina Valts, Olqa Çudakova, Sergey Qorobçenko və Ruslan Yaqudin canlandırıblar.
«Ürək çatışmazlığı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 15 aprel 2017
- Ölkə
- Rusiya
- Rejissor
- Sergey Borçukov
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın