
DAU. Nikita Tanya
Fizik Nikita Nekrasov qapalı Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərir. O, uzun müddət tək yaşasa da, nəhayət həyat yoldaşı və azyaşlı uşaqları onun yanına gəlirlər. Lakin ailəsindən ayrı qaldığı bu müddətdə alim başqa qadınlara qarşı hisslər bəsləməyə başlayıb.
Baş qəhrəman yaranmış vəziyyəti gizlətmir və xanımı ilə açıq dialoqlara girir. Yataq otağında, yemək masası arxasında və gəzintilər zamanı davam edən bu söhbətlərdə o, çoxarvadlı münasibətlərin qəbuledilən olduğunu sübut etməyə çalışır. Eyni zamanda qadının sevgisinin hüdudlarını sınaqdan keçirir.
«DAU. Nikita Tanya» dram filminin rejissorları İlya Xrjanovski və Yekaterina Erteldir. Rusiya və Ukrayna istehsalı olan bu ekran əsəri 2020-ci ildə nümayiş olunub. Baş rolları Nikita Nekrasov, Liya Nekrasova, Tatyana Pyatina və Boris Nekrasov canlandırıblar.
«DAU. Nikita Tanya» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 12 may 2020
- Rejissor
- İlya Xrjanovski, Yekaterina Ertel
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 93 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın