
Qara geyimli qadın 2: Ölüm mələyi
İkinci Dünya müharibəsi zamanı Londonun bombardman edilməsi məktəblilərin şəhərdən uzaqlaşdırılmasına səbəb olur. Gənc müəllimə Yeva bir qrup şagirdlə birlikdə kənd yerində yerləşən tərk edilmiş qədim malikanəyə sığınır.
Çox keçmədən bu kimsəsiz yerdə qorxunc və müəmmalı hadisələr cərəyan etməyə başlayır. Keçmiş hərbi pilot Harrinin köməyi ilə Yeva öyrənir ki, uşaqların gəlişi malikanədəki qaranlıq qüvvələri yenidən oyadıb. Qadın uşaqları qorumaq üçün fövqəltəbii varlıq olan Qara geyimli qadınla üz-üzə gəlmək məcburiyyətində qalır.
«Qara geyimli qadın 2: Ölüm mələyi» qorxu filmi 2014-cü ildə Böyük Britaniya, ABŞ və Kanada tərəfindən istehsal edilib. Ekran əsərinin rejissoru Tom Harperdir, baş rolları isə Fibi Foks, Ceremi İrvin, Helen Makkrori və Edrian Roulins canlandırıb.
«Qara geyimli qadın 2: Ölüm mələyi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 30 dekabr 2014
- Ölkə
- ABŞ, Böyük Britaniya, Kanada
- Rejissor
- Tom Harper
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 94 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın