
Vinyan
2005-ci ildə baş verən dağıdıcı sunamidən sonra Janet və Pol azyaşlı oğullarını itirirlər. Uşağın cəsədi tapılmadığı üçün valideynlər onun ölüm xəbəri ilə barışa bilmirlər. Oğullarının sağ olduğuna inanan ər-arvad onu axtarıb tapmaq məqsədilə yenidən Taylanda yola düşürlər.
Axtarışlar cütlüyü vaxtsız və amansızcasına həyatını itirənlərin narahat ruhlarının məskəni olan «vinyan» aləminə aparıb çıxarır. Orada qarşılaşdıqları dəhşətlər Janet və Polun saçlarını bir anda ağardacaq qədər böyük bir sarsıntıya səbəb olur.
2008-ci ildə nümayiş olunan «Vinyan» filmi Böyük Britaniya, Fransa, Belçika və Avstraliyanın birgə istehsalıdır. Ekran əsərinin rejissoru Fabris Dü Veltsdir, baş rollarda isə Emmanuel Bear, Rufus Syuell, Petç Osatanuqra və Culi Dreyfus çəkiliblər.
«Vinyan» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 30 avqust 2008
- Ölkə
- Böyük Britaniya, Fransa, Belçika, Avstraliya
- Rejissor
- Fabris Dü Velts
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Dublyaj, Гланц и Королёва
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 96 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın