
Dead Envy
Keçmişdə məşhurlaşmış rok ifaçısı Devid Tancer artıq böyük səhnələrdən uzaq düşüb və həyat yoldaşı Sesili ilə birlikdə bərbərxana işlədir. Əvvəlki şöhrətini unuda bilməyən musiqiçi yenidən studiyaya qayıtmaq və təzə albom buraxmaq qərarına gəlir. Həmin ərəfədə onların salonuna gənc və bacarıqlı bir işçi daxil olur.
Ceyvi Beyts adlı bu gəncin istedadını görən cütlük onu Devidin yeni musiqi layihəsinə qatmaq istəyir. Təzə işçinin köməyi ilə işlərin qaydasına düşəcəyi düşünülsə də, oğlanın gizli və qorxulu planları hər şeyi təhlükə altına qoyur.
ABŞ istehsalı olan musiqili dram və triller janrlı «Dead Envy» filmi 2018-ci ildə Harli Di Nardo tərəfindən çəkilib. Rejissor layihədə əsas rolu özü canlandırıb, digər rolları isə Adam Rizer, Samanta Smart və Karla Vinn ifa ediblər.
«Dead Envy» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 3 sentyabr 2018
- Ölkə
- ABŞ
- Rejissor
- Harli Di Nardo
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 71 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın