Sila canavarı
Film1949İtaliya95 dəq.480p

Sila canavarı

Il lupo della Sila
IMDb
6.8
«Silvana Manqano geri döndü... yeni ingilisdilli hitində!»

Kasıb kəndli Pyetro ilə varlı mülkədar Rokkonun bacısı Orsolanın bir-birinə olan hissləri faciə ilə üzləşir. Qətl törətməkdə şərlənən Pyetronun günahsızlığını yalnız sevdiyi qadın sübut edə bilər. Lakin bacısının yoxsul bir gənclə münasibətindən qəzəblənən Rokko onun məhkəmədə ifadə verməsinə mane olur. Həbsdən qaçan gənc güllələnərək öldürülür, onun anası isə bu kədərə dözməyərək həyatını itirir və ailədən təkcə kiçik qız uşağı sağ qalır.

İllər sonra ovdan qayıdan Rokko qarın içində donmaq üzrə olan gənc bir qızı xilas edərək evinə gətirir. O, sığındırdığı Rozariyanın məhz vaxtilə ölümünə bais olduğu insanların doğma qızı və bacısı olduğunu ağlına belə gətirmir.

«Sila canavarı» adlı italyan dram filmi 1949-cu ildə rejissor Duilio Koletti tərəfindən lentə alınıb. Baş rolları Amedeo Natstsari, Silvana Manqano, Jak Sernas və Luiza Rossi canlandırıblar.

İzlə

«Sila canavarı» onlayn izlə

Hələlik yalnız rus dilində səsləndirmə mövcuddur.

Pleyer

Film haqqında

Buraxılış tarixi
27 dekabr 1949
Ölkə
İtaliya
Janr
Keyfiyyət
480p
Tərcümədə
Həvəskar birsəsli
Müddət
95 dəq.

Rollarda

—hələ qiymət yoxdur
Filmi qiymətləndirinQiymətiniz tövsiyələrə kömək edəcək

Rəylər 0

Rəy yazmaq, bəyənmək və cavab vermək yalnız qeydiyyatdan keçmiş izləyicilər üçündür

Hələ rəy yoxdur — ilk siz yazın