
Road to Perth
Sevgilisindən evlilik təklifinə rədd cavabı alan Aleks əvvəlcədən planlaşdırdığı səfəri təxirə salmır və Avstraliyaya təkbaşına yollanır. Melburndan Adelaidaya doğru maşınla hərəkət edən gənc oğlan kədərini və ürək ağrısını təkbaşına unutmağa çalışır.
Yolda o, Ronni adlı yerli bir qadınla qarşılaşır. Qadın da çətin anlar yaşayır: o, dünyasını dəyişmiş atasının külünü səpmək üçün Pert şəhərinə gedir. Həyatlarında ağır dövr keçirən bu iki yad insan təsadüfən yol yoldaşı olur və qitənin cənub əraziləri boyunca birlikdə uzun səyahətə çıxırlar.
2021-ci ildə nümayiş olunan «Road to Perth» filminin rejissoru Çad Piterdir. ABŞ və Avstraliyanın birgə istehsalı olan bu dram janrlı ekran əsərində baş rolları Tommi O'Brayen, Hanna Lemann, Reyçel Skott və Ellen Qrimşou canlandırıb.
«Road to Perth» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 28 avqust 2021
- Ölkə
- ABŞ, Avstraliya
- Rejissor
- Çad Piter
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 82 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın