
Gossamer Folds
Hadisələr 1986-cı ildə cərəyan edir və doqquz yaşlı Teyt Millikinin ailə problemlərindən bəhs edir. Valideynləri boşanma ərəfəsində olan azyaşlı oğlan öz istəyinin əleyhinə olaraq Kanzas-Siti ətrafına köçmək məcburiyyətində qalır. Bu kəskin dəyişiklik uşağın daxili aləmində ciddi sarsıntılar yaradır.
Yeni mühitdə Teyt təsəllini qonşuluqda yaşayan insanlarla qurduğu xoş münasibətlərdə tapır. O, təqaüdə çıxmış kollec professoru afroamerikalı Edvard və onun transseksual qızı Qossamer ilə dostlaşır. Qonşuları ilə qurduğu bu səmimi bağ balaca oğlana çətin günləri adlamağa kömək edir.
ABŞ istehsalı olan «Gossamer Folds» dram filmi 2020-ci ildə rejissor Liza Donato tərəfindən çəkilib. Ekran əsərinin baş rollarında Cekson Robert Skott, Aleksandra Qrey, Spreyq Qreyden və Şeyn Uest çıxış edirlər.
«Gossamer Folds» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 15 avqust 2020
- Ölkə
- ABŞ
- Rejissor
- Liza Donato
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 96 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın