
Kovboy qızın mahnısı
Atalarının həbsindən sonra iki yeniyetmə bacı, Heyli və Bruk, nənələri Erinin yanına köçürlər. Azadlıqdan məhrum edilən ata günahsız olduğunu iddia edir. Keçmişdə tanınmış kantri musiqiçisi olan Erin isə ərini avtomobil qəzasında itirdikdən sonra səhnə həyatına birdəfəlik son qoyub.
Heylinin ən böyük arzusu kantri ifaçısı olmaqdır, lakin güclü səhnə qorxusu ona mane olur. Atalarını zaminə buraxmaq üçün böyük məbləğdə pul tələb olunduğunu öyrənən bacılar hərəkətə keçirlər. Qızlar həmin vəsaiti toplamaq və atalarını xilas etmək üçün bütün imkanlardan istifadə etməyə çalışırlar.
ABŞ istehsalı olan «A Cowgirl's Song» adlı musiqili dram filmi 2022-ci ildə işıq üzü görüb. Ekran əsərinin rejissoru Tim Armstronqdur, əsas rolları isə Şeril Lədd, Reyçel Kennon, Savanna Li Nassif və Darsi Linn Farmer canlandırıblar.
«Kovboy qızın mahnısı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 22 aprel 2022
- Ölkə
- ABŞ
- Rejissor
- Tim Armstronq
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 93 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın