
Çinə qayıt
Gənc Saşa Li atasının sərvəti sayəsində ABŞ-da dertsiz-qəmsiz və dəbdəbəli günlər keçirir. Lakin zəngin valideyn bu vəziyyətə son qoymaq qərarına gələrək qızının qarşısına sərt şərt qoyur. O, bütöv bir ili Çində keçirməli və atasının oyuncaq fabrikində işləməlidir.
İlk vaxtlar bu cür sərt tələb Saşanı dəhşətə gətirir və yeni mühitə uyğunlaşmaq asan olmur. Lakin getdikcə ailə biznesinin daxili qaydaları onun diqqətini çəkir. Beləliklə, gənc qız istehsala öz yenilikçi baxışını qatmağa və bacarıqlarını göstərməyə başlayır.
ABŞ və Çin istehsalı olan «Go Back to China» dram filmi 2019-cu ildə təqdim edilib. Ekran əsərinin rejissoru Emili Tindır. Əsas obrazları Anna Akana, Riçard Nq, Linn Çen və Kelli Xu canlandırıblar.
«Çinə qayıt» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın