
Kiara Lyubik - Sevgi hər şeyə qalib gəlir
1943-cü ildə İtaliyanın Trento şəhəri İkinci Dünya müharibəsinin bombardmanları altında dağıntılara məruz qalır. Gənc müəllimə Kiara Lyubik baş verən dəhşətləri dərk etməyə və insanlığa olan inamını itirməməyə çalışır. Xarabalıqlar arasında sağ qalmış Məryəm Ana heykəlinin önündə dayanan gənc qadın daxili dinclik taparaq Tanrının yeganə sarsılmaz dəyər olduğunu başa düşür.
Bu hadisədən sonra o, nifrət və xaosun hökm sürdüyü cəmiyyətdə insanları birləşdirmək qərarına gəlir. Kiara yer üzündə sülhün və həmrəyliyin bərqərar olunması məqsədilə fokolarlar adlı katolik hərəkatının əsasını qoyur. Həmin birlik ən çətin anlarda belə cəmiyyət arasında qarşılıqlı sevgini və birliyi bərpa etməyə çalışır.
«Kiara Lyubik - Sevgi hər şeyə qalib gəlir» bioqrafik filmi Cakomo Kampiotti tərəfindən lentə alınıb. İtaliya istehsalı olan 2021-ci ilin bu tarixi dramında baş rolu Kristiana Kapotondi canlandırır. Digər rollarda Avrora Ruffino, Qreta Ferro və Miriam Cappa çıxış edirlər.
«Kiara Lyubik - Sevgi hər şeyə qalib gəlir» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 3 yanvar 2021
- Ölkə
- İtaliya
- Rejissor
- Cakomo Kampiotti
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 109 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın