
Vəhşi heyvanlar şəhəri
Medelyində yaşayan Tato üçün rep və dostları ilə küçələrdə yarışmaq gündəlik həyatın əsas hissəsidir. Anasının vəfatından sonra on yeddi yaşlı gənc kimsəsiz qalır. Çox keçmədən borclar və yerli cinayətkar dəstə ilə yaranan qarşıdurma onun həyatını təhlükə altına salır.
Təqiblərdən yaxa qurtarmaq istəyən gənc doğma şəhərindən uzaqlaşaraq kənd yerinə qaçmaq məcburiyyətində qalır. O, burada əvvəllər heç vaxt üzünü görmədiyi qoca babası Oktavio ilə bir yerdə yaşamağa başlayır. Şəhər ritminə alışan oğlan üçün bu yeni kənd mühiti tamam fərqli təcrübəyə çevrilir.
2021-ci ildə Kolumbiyada çəkilən «Vəhşi heyvanlar şəhəri» (La Ciudad de las Fieras) dram filminin rejissoru Henri Rinkondur. Musiqili hekayənin əsas obrazlarını Oskar Ateortua, Brayan Kordoba, Ektor Qarsia və Ferney Aleksander Mesa Alvares canlandırıblar.
«Vəhşi heyvanlar şəhəri» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 10 mart 2021
- Ölkə
- Kolumbiya
- Rejissor
- Henri Rinkon
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, AlphaProject
- Müddət
- 95 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın