Müharibənin o biri üzü
Film2000İtaliya16+135 dəq.480p

Müharibənin o biri üzü

Il partigiano Johnny
IMDb
6.3

Ədəbiyyat fakültəsində təhsilini yenicə başa vuran Conni 1943-cü ildə doğma Alba şəhərinə qayıdır. Bu dövrdə İtaliya nasist qüvvələrinin nəzarəti altındadır. Faşist ordusuna qoşulmaqdan imtina edənlər fərari elan olunaraq güllələnmə təhlükəsi ilə üzləşdiyi üçün gənc oğlan gizlənmək məcburiyyətində qalır. Doğmalarını riskə atmaq istəməyən Conni evdə oturub gözləməkdənsə fəal mübarizəyə başlamağı seçir.

O, qarşısına çıxan ilk partizan dəstəsinin sıralarına daxil olur. Həmfikirləri ilə birlikdə nifrət etdiyi rejimə qarşı silaha sarılan Conni böyük qəhrəmanlıqlar göstərməyi arzulayır. Lakin qanlı toqquşmalar və real döyüş meydanı tezliklə ona müharibənin görünməyən, sərt üzünü nümayiş etdirir.

İtaliya istehsalı olan dram janrlı «Müharibənin o biri üzü» (Il partigiano Johnny) filmi 2000-ci ildə rejissor Quido Kieza tərəfindən lentə alınıb. Baş rolları Stefano Dionizi, Qabriel Montanari, Toni Bertorelli və Lina Bernardi canlandırıblar.

İzlə

«Müharibənin o biri üzü» onlayn izlə

Hələlik yalnız rus dilində səsləndirmə mövcuddur.

Pleyer

Film haqqında

Buraxılış tarixi
3 sentyabr 2000
Ölkə
İtaliya
Rejissor
Quido Kyeza
Janr
Keyfiyyət
480p
Tərcümədə
Peşəkar ikisəsli
Yaş
16+daha yetkin tamaşaçılar üçün
Müddət
135 dəq.

Rollarda

—hələ qiymət yoxdur
Filmi qiymətləndirinQiymətiniz tövsiyələrə kömək edəcək

Rəylər 0

Rəy yazmaq, bəyənmək və cavab vermək yalnız qeydiyyatdan keçmiş izləyicilər üçündür

Hələ rəy yoxdur — ilk siz yazın