
Çirlidinq düşərgəsindəki qatil
Yüksək sinif şagirdi Sofiya kollec təqaüdü qazanmaq ümidi ilə çirlidinq üzrə nüfuzlu yay düşərgəsinə yollanır. Ona bu səfərdə ən yaxın dostu Cek yoldaşlıq edir. Düşərgəyə çatan kimi qız Şarlotta ilə tanış olur və bacarıqlarını nümayiş etdirməyə hazırlaşır.
Komandanın əsas siması Viktoriya və onun məşqçi anası Bet yeni gələn istedadlı qızın qələbə şansını özləri üçün təhlükə hesab edirlər. Liderliyi və təqaüdü əldən vermək istəməyən ana ilə qız güclü rəqibi zərərsizləşdirmək qərarına gəlir və ona qarşı təhlükəli planlar qururlar.
ABŞ istehsalı olan «Cheer Camp Killer» dram filmi 2020-ci ildə ekranlara çıxıb. Ekran əsərinin quruluşçu rejissoru Rendi Karterdir. Əsas obrazları Andrea Boqart, Merayya Robinson, Sydney Malakeh və Jaklin Skislovski canlandırıblar.
«Çirlidinq düşərgəsindəki qatil» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 10 oktyabr 2020
- Ölkə
- ABŞ
- Rejissor
- Rendi Karter
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 87 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın