
Death Link
Yuxarı sinif şagirdi Culi və onun imkanlı dostları vaxtlarının çoxunu InstaTock sosial şəbəkəsində məşhurluq qazanmağa sərf edirlər. Gözlənilmədən qızın telefonuna dostu Albertin amansızcasına öldürülməsini əks etdirən video göndərilir. Gənclər əvvəlcə yayılan bu görüntüləri növbəti internet zarafatı və saxta kadrlar kimi qəbul edirlər.
Çox keçmədən məlum olur ki, vaxtilə Albert tərəfindən təhqirlərə məruz qalmış bir şəxs psixiatriya klinikasından qaçıb. Yeniyetmələr bir-bir həyatlarını itirməyə başlayanda, sağ qalanlar qatilin onları sosial şəbəkədəki paylaşımları vasitəsilə izlədiyini başa düşürlər.
ABŞ istehsalı olan «Death Link» qorxu və dram filminin rejissoru Devid Lipperdir. 2021-ci ildə nümayiş olunan ekran əsərində əsas obrazları Eliz Vaqner Lutman, Cessika Belkin, Rayker Linç və Mett Rayf canlandırıblar.
«Death Link» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 30 noyabr 2021
- Ölkə
- ABŞ
- Rejissor
- Devid Lipper
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 88 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın