
Magnolia Flowers
Psixi sağlamlığındakı problemlərə görə kollecdən ayrılmalı olan Keytlin Doyl doğma evinə qayıdır. Yeni İngiltərənin tutqun qışını kiçik qardaşları ilə birgə keçirən gənc qız yaz aylarında özünü xeyli yaxşı hiss etməyə başlayır. Əhvali-ruhiyyəsi düzələn Keytlin qardaşları və onların yoldaşları üçün evdə şənlik təşkil etmək qərarına gəlir.
Əyləncənin ən qızğın vaxtında baş verən faciəvi hadisə yeniyetmələrdən birinin yoxa çıxması ilə nəticələnir. Beləliklə, Keytlin və onun dostları itkin düşən gənci axtarmaq üçün yola düşürlər. Onlar nəyin bahasına olursa-olsun dostlarını tapıb sağ-salamat evə qaytarmağa çalışırlar.
«Magnolia Flowers» dram filminin rejissoru Colin Charles Dale olub. ABŞ istehsalı olan bu ekran işi 2021-ci ildə işıq üzü görüb. Əsas rolları Alexander Carstoiu, Pol Kandarian, Kodi Gillam və Meri S. Ferrara canlandırıblar.
«Magnolia Flowers» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 dekabr 2021
- Ölkə
- ABŞ
- Rejissor
- Colin Charles Dale
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Синема УС
- Müddət
- 65 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın