
İmtahan
Nişanlısının itkin düşməsindən sonra böyük sarsıntı keçirən Rocin universitetə qəbul imtahanlarına hazırlaşır. Əgər o, uğur qazana bilməsə, atası onu məcburi şəkildə ərə verəcək. Yalnız tələbə adı qazanmaq gənc qıza azad yaşamaq və mühafizəkar həyat yoldaşının təzyiqi ilə evdar qadına çevrilmiş bacısı Şilanın taleyindən qurtulmaq imkanı verir.
Bacısının oxumaq arzusunu və çətinliyini görən Şilan ona nəyin bahasına olursa-olsun imtahandan keçməyə kömək etmək qərarına gəlir. Lakin bu təhlükəli addım hər iki gənc qadını həm evdə, həm də təhsil ocağında böyük təzyiqlərlə üz-üzə qoyur. Nəticədə bacılar təhsil sistemini bürümüş böyük bir rüşvət və korrupsiya şəbəkəsinin içinə düşürlər.
«İmtahan» (The Exam) dram filmi rejissor Şövkət Əmin Korki tərəfindən lentə alınıb. Almaniya, Qətər və İraqın birgə istehsalı olan bu ekran işi 2021-ci ildə təqdim edilib. Əsas rollarda Adil Abdolrahman, Hüseyn Həsən Əli, Didar Bakir və Shwan Attoof çəkiliblər.
«İmtahan» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 avqust 2021
- Rejissor
- Şövkət Əmin Korki
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 89 dəq.
- Mükafatlar
- qələbə: 0 · nominasiya: 1
Rollarda
Mükafatlar və nominasiyalar
- 🎗International Submission to the Academy AwardsNominasiya · 2023
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın