
Şirin öpüş
Hadisələr XX əsrin ortalarında cərəyan edir. Doğmaları Elis Mitçellin qadınlara qarşı hisslərindən xəbər tutduqdan sonra ondan üz döndərirlər. Küçədə qalan və yaşamaq uğrunda mübarizə aparan gənc qadının valideynləri ilə əlaqə qurmaq cəhdləri heç bir nəticə vermir.
Çıxılmaz vəziyyətdə qalan Elis dindar bir xristian ailəsinə sığınır. Burada etibar qazanmaq üçün o, onların inanclarını və həyat tərzini qəbul etmiş kimi davranmağa məcbur olur. Lakin evin qızı Annabelə aşiq olması vəziyyəti daha da qəlizləşdirir.
ABŞ istehsalı olan «Nothing Like the Sun» tarixi dram filmi 2019-cu ildə çəkilib. Ekran əsərinin rejissoru Nguyen Nguyen, baş rol ifaçıları isə Stefani Estes, Olivia Howell, Sara Navratil və Marşal Hiltondur.
«Şirin öpüş» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2019
- Ölkə
- ABŞ
- Rejissor
- Nquyen Nquyen
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 98 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın