
Mills Krikdə baş verənlər
Ailəsində baş verən ardıcıl faciələrdən sonra Klara dərin depressiyaya düşür və daimi günahkarlıq hissi ilə yaşayır. Əvvəlcə anasını itirən qızın az sonra bacısı Kassandra da müəmmalı şəkildə həyatını itirir. Bacısının dəfn mərasimi uzun müddətdir ailədən uzaqlaşmış atanın qəfil qayıdışı ilə yadda qalır.
Keçmişin sağalmayan yaraları atası ilə normal münasibət qurmağa imkan vermir. Eyni zamanda Klaranı narahat edən qorxulu qarabasmalar və izaholunmaz fövqəltəbii hadisələr baş qaldırmağa başlayır. Qəribə hadisələr qızın öz ağlına şübhə etməsinə səbəb olur və ailənin gizli qalmış qaranlıq sirlərini üzə çıxarır.
«Occurrence at Mills Creek» dram və qorxu janrlarını birləşdirən ABŞ istehsalı filmdir. 2020-ci ildə işıq üzü görən lentin rejissoru Don Swanson olub, baş rolları isə Ava Psoras, Alexa Mechling, Betsy Lynn George və Lynda Marnoni canlandırıb.
«Mills Krikdə baş verənlər» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 12 sentyabr 2020
- Ölkə
- ABŞ
- Rejissor
- Don Swanson
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 84 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın