
Todo Lo Invisible
«Todo Lo Invisible» filmi tamaşaçıya peşəsində uğur qazanmış, həyat yoldaşı və qızları ilə dinc günlər keçirən diş həkimi Xonas haqqında bəhs edir. Avtomobil qəzası zamanı təhlükəsizlik yastığının nasazlığı səbəbindən görmə qabiliyyətini itirən qəhrəmanın rahatlığı bir anda dağılır.
Fiziki məhdudiyyətini qəbul etməyən və zəifliyini ailəsinə bildirməmək üçün içinə qapanan Xonas avtomobil istehsalçısını məsuliyyətə cəlb etmək fikrinə düşür. O, məhkəməyə müraciət edir və vəkil qismində köhnə dostunu, eyni zamanda həyat yoldaşının keçmiş sevgilisini işə cəlb edir.
2020-ci ildə ekranlara çıxan Meksika istehsalı bu dram-komediya filminin rejissoru Mariana Çenilyodur. Əsas obrazları Barbara Mori, Xose Maria de Tavira, Diana Leyn və Deliya Kasanova canlandırıblar.
«Todo Lo Invisible» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2020
- Ölkə
- Meksika
- Rejissor
- Mariana Çenilyo
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın