Mümkünsüzlüyün müqəddəsi
Film2020İsveçrə720p

Mümkünsüzlüyün müqəddəsi

The Saint of the Impossible

Perudan Nyu-Yorka köçmüş Rafaella adlı qadın on altı yaşlı əkiz oğulları Paul və Tito ilə birlikdə yaşayır. Qanuni sənədləri olmayan gənclər kuryer kimi çalışır və bu ərəfədə Kristin adlı xorvatiyalı qıza vurulurlar. Rafaella isə ucuz romanlar yazan isveçrəli müəllifin təşəbbüsü ilə Bronksdakı evindən burritos çatdırılması işinə başlayır.

Baş verən qəfil polis basqını və qətl hadisəsi ailənin həyatını alt-üst edir, oğlanlar isə yoxa çıxır. Çarəsiz qalan ana əkizlərin geridə qoyduğu fotoşəkil və digər ipucları vasitəsilə onların gizli şəxsi münasibətlərini araşdıraraq uşaqlarının aqibətini öyrənməyə çalışır.

İsveçrə istehsalı olan «The Saint of the Impossible» dram filmi 2020-ci ildə ekranlara çıxıb. Rejissor kürsüsündə Mark Raymond Uilkins əyləşib, əsas rolları isə Maqali Solyer, Cozef Kovino, Tara Taller və Qurrat Enn Kadvani paylaşıb.

İzlə

«Mümkünsüzlüyün müqəddəsi» onlayn izlə

Hələlik yalnız rus dilində səsləndirmə mövcuddur.

Pleyer

Film haqqında

Buraxılış tarixi
2020
Janr
Keyfiyyət
720p
Tərcümədə
Çoxsəsli kadrarxası

Rollarda

—hələ qiymət yoxdur
Filmi qiymətləndirinQiymətiniz tövsiyələrə kömək edəcək

Rəylər 0

Rəy yazmaq, bəyənmək və cavab vermək yalnız qeydiyyatdan keçmiş izləyicilər üçündür

Hələ rəy yoxdur — ilk siz yazın