
Gəlinlik duvağı
Aspirantura illərindən bəri dostluq edən Eyveri, Emma və Treysi ənənəvi görüşlərini qeyd etmək üçün San-Fransiskoya yola düşürlər. Şəhərdə vaxt keçirən rəfiqələr bir antikvar dükanına daxil olur və orada XIX əsrin sonlarına aid İtaliya istehsalı olan qədim gəlinlik duvağı tapırlar.
Bu nadir əşya təkcə zərifliyi ilə deyil, həm də arxasında duran əfsanə ilə qızların diqqətini çəkir. Rəvayətə görə, duvağın sahibəsi mütləq öz həqiqi sevgisinə qovuşur. Belə bir sehri qaçırmaq istəməyən üç rəfiqə duvağı birlikdə almağa qərar verir.
ABŞ və Kanada istehsalı olan «The Wedding Veil» melodram filmi 2022-ci ildə ekranlara çıxıb. Rejissor Terri İnqrem tərəfindən çəkilən ekran əsərində baş rolları Leysi Şaber, Kevin MakQarri, Otem Rizer və Elison Suini canlandırıblar.
«Gəlinlik duvağı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 yanvar 2022
- Rejissor
- Terri İnqrem
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, AlphaProject
- Müddət
- 84 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın