
Marta və Tommi
Keçmiş həkim Marta üç dəfə ailə həyatı qursa da, hazırda təqaüddə tək yaşayır. O, qonşuluqdakı uşaqlara qayğı göstərməyi və çətinə düşənlərə əl uzatmağı özünə borc bilir. Günlərin birində onun yaşadığı binaya Tommi və onun kiçik qardaşı Vinni köçür.
Gənclərin keçmişi olduqca ağırdır: ataları Viktor vaxtilə qəzəb anında arvadını qətlə yetirərək dəmir barmaqlıqlar arxasına düşüb. Cəzasını çəkib azadlığa çıxan ata indi kiçik oğlu Vinninin qəyyumluğunu yenidən ələ almaq niyyətindədir. Hadisələrdən xəbərdar olan Marta qardaşlara dayaq durmağı qət edir.
Almaniya istehsalı olan «Marta və Tommi» dramının rejissoru Petra Katarina Vaqnerdir. 2020-ci il ekran işində baş rolları Zenta Berger, Conatan Berlin, Uve Kokkiş və Peter Lomayer canlandırıblar.
«Marta və Tommi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 19 sentyabr 2020
- Ölkə
- Almaniya
- Rejissor
- Petra Katarina Vaqner
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 87 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın