
Streets of Colour
Qərbi Sidneyin yoxsul məhəllələrindən birində yaşayan Tez qanunsuz maddələrin satışı ilə məşğuldur. Küçədə baş verən irqi zəmindəki növbəti qarşıdurma onun ən yaxın dostu Akaçinin ölümü ilə nəticələnir. Ətrafdakı insanlar baş vermiş bu ağır hadisəyə görə məhz Tezi günahkar bilirlər.
Yaşadığı böhran və dostunun itkisi gəncin həyatını alt-üst edir, nəticədə o, azyaşlı oğlunun qəyyumluq hüququndan məhrum olur. Övladını yenidən yanına qaytarmaq üçün Tez zərərli vərdişlərindən qurtulmalı və cinayətkar mühitlə bütün bağlarını qoparmağa çalışmalıdır.
«Streets of Colour» dram filmi 2023-cü ildə Avstraliyada rejissor Ronni S. Riskalla tərəfindən çəkilib. Ekran əsərində əsas obrazları Rahel Abdulrahman, Elliott Giarola, Susan Mutesi və Entoni Tomas canlandırıblar.
«Streets of Colour» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2023
- Ölkə
- Avstraliya
- Rejissor
- Ronnie S. Riskalla
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın