
Ayrı bir dünya
Romada qırx il müəllimlik edən Mikele Korteze şəraiti dəyişmək qərarına gəlir. O, paytaxtı tərk edərək Abruttso milli parkında yerləşən ucqar bir dağ kəndinə yollanır. Yeni məkanda onu sərt təbiət və müxtəlif yaşda olan uşaqların tək bir otaqda təhsil aldığı kiçik kənd məktəbi qarşılayır.
Yeni şəraitə uyğunlaşmaqda və uşaqlarla dil tapmaqda Mikileyə direktor müavini Anyeze dəstək olur. Lakin çox keçmədən bu təhsil ocağının gələcəyi təhlükə altına düşür. Növbəti tədris ili üçün şagird sayının kəskin çatışmazlığı səbəbindən məktəbin bağlanması məsələsi ortaya çıxır.
İtaliya istehsalı olan «Un mondo a parte» komediya-dram filmini rejissor Rikkardo Milani lentə alıb. 2024-cü ildə təqdim edilən ekran əsərində baş rolları Antonio Albanese və Virciniya Raffaele canlandırıb.
«Ayrı bir dünya» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 28 mart 2024
- Ölkə
- İtaliya
- Rejissor
- Rikkardo Milani
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Синема УС
- Müddət
- 113 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın