
Lukaniya
Rokko anasını itirdikdən sonra nitqini itirmiş qızı Luçiya ilə birlikdə yaşayır. Qız heç kimlə danışmasa da, küləklə və dünyasını dəyişmiş anasının ruhu ilə təmas qurur. Rokko isə əcdadlarından qalan torpağa dərindən bağlıdır və onu qorumaq üçün hər şeyə hazırdır.
Günlərin birində ona torpağında zəhərli tullantıların basdırılması müqabilində pul təklif olunur. Bu təklifdən qətiyyətlə imtina edən ata qızının həyatını təhlükəyə atmış olur. Yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün ata və qız Lukaniyanın dərinliklərinə doğru qaçmaq məcburiyyətində qalırlar.
2019-cu ildə çəkilmiş İtaliya istehsalı olan bu dram filminin rejissoru Cici Rokkatidir. «Lukaniya» filmində baş rolları Covanni Kapalbo, Ancela Fontana, Pippo Delbono və Maya Morqenştern canlandırıblar.
«Lukaniya» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 iyun 2019
- Ölkə
- İtaliya
- Rejissor
- Cici Rokkati
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 85 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın