
Little Orphans
Uşaq ikən anaları tərəfindən tərk edilən və qohumlarının yanında böyüyən üç bacı — Cenet, Key və Qven uzun ayrılıqdan sonra Nyu-Faundlend adasındakı doğma Sent-Cons şəhərinə qayıdırlar. Onların yenidən bir araya gəlməsinə ən kiçik bacı Cenetin yaxınlaşan toy mərasimi səbəb olur. Gəlin ailəsinin keçmişdəki problemlərini və qayğılarını ətrafdakılardan gizlətməyə çalışır.
Lakin doğma yerlərə qayıdış keçmişin ağrılarını yenidən canlandırır. Bacılardan Key gözlənilməz hərəkətləri ilə ətrafda xaos yaradır, Qven isə keçmişdən gələn ağır sirrin təzyiqi altında qalır.
«Little Orphans» dram filminin rejissoru Rut Lourensdir. 2020-ci ildə Kanadada çəkilən filmin baş rollarında Patrisiya Endryus, Marta Bernard, Emili Bricer və Anuk Kornelissen-Mey çəkiliblər.
«Little Orphans» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 18 sentyabr 2020
- Ölkə
- Kanada
- Rejissor
- Rut Lourens
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 80 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın