
Cəmiyyətin qaymağı
Codi Stafford məktəbdə kənd təsərrüfatı elmləri üzrə müəllim işləyir və ailəsinə məxsus süd fermasını iflasdan qorumağa çalışır. Həmin vaxt ərazi tikinti şirkətlərinin diqqətini çəkir. Belə bir ərəfədə o, kommersiya daşınmaz əmlakı üzrə marketinq mütəxəssisi olan Mayk Cared ilə təsadüfən tanış olur.
Fərqli mühitlərdə böyüyən bu iki gənc arasında romantik hisslər yaranır. Codi Maykı fermadakı kənd həyatı ilə tanış edir. Lakin Mayk hələ bilmir ki, çalışdığı inkişaf şirkəti məhz qızın ailə təsərrüfatını borclara görə əllərindən almağı planlaşdırır.
ABŞ istehsalı olan «Cream of the Crop» dram filminin rejissoru Duqlas B. Meddoksdur. Ekran işi 2022-ci ildə işıq üzü görüb. Əsas obrazları Brittani Medlin Deniels, Ben Deyvis, Brayan Blü və Rendoll Oliver canlandırıblar.
«Cəmiyyətin qaymağı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 6 dekabr 2022
- Ölkə
- ABŞ
- Rejissor
- Duqlas B. Meddoks
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, AlphaProject
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın