
Morbid Colors
Rok qrupunda nağara çalan Mayka şəhərdən öz əyalət qəsəbəsinə qayıdır. Burada onu qrup yoldaşı və ögey bacısı Devin qarşılayır. Çox keçmədən Devin bacısının davranışlarında qorxulu dəyişikliklər hiss etməyə başlayır. Birgə konsertlərinin birində baş verən gözlənilməz hadisə isə Maykanın qəribə vəziyyətini tamamilə üzə çıxarır.
Mayka sağ qalmaq üçün insan qanına ehtiyac duyduğunu və naməlum xəstəliyə yoluxduğunu düşünür. O, düşdüyü bu vəziyyətdə şəhərdə olarkən tanış olduğu varlı bir qadını günahlandırır. Bacılar vampirizmdən qurtulmaq və şəfa tapmaq ümidi ilə həmin zəngin qadının izinə düşmək üçün birgə səfərə çıxırlar.
ABŞ istehsalı olan «Morbid Colors» qorxu, dram və triller elementlərini birləşdirən bədii filmdir. 2020-ci ildə işıq üzü görən ekran əsərinin rejissoru Matthew Packmandır, baş rolları isə Kara Gray, Lanae Hyneman, Cindy Maples və Angela Steel canlandırıblar.
«Morbid Colors» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 14 dekabr 2021
- Ölkə
- ABŞ
- Rejissor
- Matthew Packman
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 105 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın