
Həyatın fəsilləri
Hindistandan olan Anoc daha firavan gələcək qurmaq arzusu ilə Londona köçür. Lakin qürbətdəki mühacir həyatının sərt gerçəkliyi onun bütün gözləntilərini alt-üst edir. Qəddar rəftar və ardı-arası kəsilməyən çətinliklər səbəbindən gənc ümidini itirir, nəticədə küçələrdə sığınacaqsız qalır.
Böhrandan çıxmaqda Anoca yeganə dostu Dineş dayaq durur. Həmin kömək sayəsində o, yavaş-yavaş toparlanaraq özünə iş tapır. Tezliklə gəncin qarşısına çıxan Stefi adlı qız onun qəlbində sabaha inam oyatsa da, bu yeni başlayan münasibətin bədəli gözlənilmədən ağır olur.
Böyük Britaniya istehsalı olan «Seasons of Life» dram filmi 2020-ci ildə rejissor Şiron Yoqarac tərəfindən çəkilib. Baş rolları Lomeş Pudipeddi, Ariadna Freya, Karolina Kula və Rameş Vetanayaqam canlandırıblar.
«Həyatın fəsilləri» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 dekabr 2021
- Ölkə
- Böyük Britaniya
- Rejissor
- Şiron Yoqarac
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 76 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın