
Artur və Kler
Ömrü boyu sağlamlığına diqqət yetirən yaşlı avstriyalı Artur ağciyər xərçənginə tutulduğunu öyrənir. Xəstəliyin sağalmaz olduğunu anlayan kişi həyatına son qoymaq məqsədilə Amsterdama yola düşür. Şəhər klinikasında çalışan köhnə dostu ona evtanaziya prosedurunu həyata keçirməkdə kömək etməlidir.
Mehmanxanada son gecəsini keçirən Artur qonşu otaqdan gələn bərk musiqi səsinə dözməyərək ora daxil olur və Kler adlı gənc qızla qarşılaşır. İntihar etməyə hazırlaşan bu qızla aralarında qəfil söhbət yaranır. Öz planlarını təxirə salan cütlük gecəni Avropa şəhərinin küçələrində birgə gəzərək keçirmək qərarına gəlir.
«Artur və Kler» filmi 2017-ci ildə rejissor Miqel Aleksandr tərəfindən Almaniya, Niderland və Avstriyanın birgə istehsalı kimi lentə alınıb. Baş rolları Yozef Hader, Hanna Hukstra, Rayner Bok və Florens Kasumba canlandırıb.
«Artur və Kler» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 sentyabr 2017
- Rejissor
- Migel Aleksandr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 100 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın