
Atanın arzusu
Balaca Teo futbolda böyük bacarıq nümayiş etdirir və buna görə də ona Qarışqa ləqəbini veriblər. Ailənin dağılması və işsizlik ucbatından dərin depressiyaya düşən atası Loran tədricən spirtli içkilərə qurşanır. Nüfuzlu ingilis klubu «Arsenal»ın nümayəndəsi Teonu bəyənəndə, bu xəbər ataya yenidən həyat eşqi və gələcəyə inam bəxş edir.
Lakin sevinc uzun sürmür: boyunun qısa olması səbəbindən Teonu akademiyaya qəbul etmirlər. Atasının yenidən sarsılmasını və ümidsizliyə qapılmasını istəməyən uşaq həqiqəti gizlətməyə məcbur olur. O, müqavilənin artıq imzalandığını deyərək atasına yalan danışır.
«Fourmi» filmi 2019-cu ildə Fransa və Belçikanın birgə istehsalı ilə dram janrında lentə alınıb. Layihənin rejissoru Jülyen Rapnodur, əsas rolları isə Malom Pakin, Fransua Damyens, Andre Düssolye və Lüdivin Sanye canlandırıb.
«Atanın arzusu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 3 fevral 2019
- Rejissor
- Julien Rappeneau
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 105 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın