
18% Boz
Bolqarıstanlı fotoqraf Zak sevgilisi Stella ilə birlikdə daha yaxşı gələcək qurmaq məqsədilə Varnadan Londona köçür. Lakin yad bir mühitdə ayaqda qalmaq və məişət problemlərini yoluna qoymaq gənclər üçün heç də asan olmur. Stellanın karyerası tədricən irəliləsə də, Zak çəkdiyi fotolarla peşəkar uğur qazana bilmir.
Cütlüyün arasındakı soyuqluq və anlaşılmazlıq getdikcə dərinləşir və ayrılıqla nəticələnir. Stella münasibətlərə son qoyaraq Berlinə yola düşür. Tənha qalan və baş verənləri anlamağa çalışan Zak avtomobilinə əyləşərək sevgilisinin arxasınca Avropa boyu uzun bir səfərə çıxır.
«18% Boz» dram filminin rejissoru Viktor Çuçkovdur. 2020-ci il istehsalı olan bu ekran əsəri Almaniya, Serbiya, Belçika, Bolqarıstan və Şimali Makedoniyanın birgə əməkdaşlığı ilə ərsəyə gəlib. Əsas rolları Ruşi Vidinliyev, Dolya Qavanski, Samuel Fintsi və Ron Kuk canlandırıblar.
«18% Boz» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 24 yanvar 2020
- Rejissor
- Viktor Çuçkov
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 110 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın