
Heç nə qeyri-mümkün deyil
Vaxilə basketbolda böyük ümidlər vəd edən Skott Bek peşəkar arenaya yüksələ bilməyib. Artıq otuz doqquz yaşı olan qəhrəman məktəbdə xadimə işləyir, ağır maddi sıxıntılarla mübarizə aparır və xəstə atasına baxır. Bununla yanaşı, o, keçmiş sevgilisi Rayanı heç cür unuda bilmir.
Rayanın "Knoxville Silver Knights" adlı peşəkar basketbol klubunun yeni sahibi olması hadisələrin gedişatını dəyişir. Heyətlə bağlı yaranan çətinliklər səbəbindən klub hər kəs üçün açıq seçim mərhələsi elan edir. Bu xəbəri eşidən Skott çoxdankı arzusunu gerçəkləşdirmək naminə son şansından yararlanmaq qərarına gəlir.
"Nothing Is Impossible" idman dramı 2022-ci ildə ABŞ-da istehsal olunub. Filmin rejissorluğunu Mett Şapira həyata keçirib. Əsas rollarda Devid E.R. Uayt, Nadya Byorlin, Stiven Bauer və Harri C. Lenniks çəkiliblər.
«Heç nə qeyri-mümkün deyil» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 6 oktyabr 2022
- Ölkə
- ABŞ
- Rejissor
- Mett Şapira
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 106 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın