
Mələyin instinkti
XX əsrin əvvəlləri, Fransa. Varlı ailədən olan savadlı gənc Anri vərəm xəstəliyindən müalicə aldığı sanatoriyadan evə qayıdır. O, ölkəsinə xidmət etmək üçün ordu sıralarına yazılmaq istəsə də, səhhətinə görə hərbi xidmətə yararsız hesab edilir.
Səmada şiddətli döyüşlər getdiyi vaxtda Fransanın təyyarəçilərə böyük ehtiyacı yaranır. Qətiyyətli gənc öz vəsaiti hesabına uçuş təlimləri keçir. Təhsili başa vurduqdan sonra aviasiyaya qəbul edilən Anri qısa müddətdə qələbələr qazanır, lakin onun uğurlu bir pilota çevrilməsi digər hərbçilər arasında qısqanclıq və şübhə doğurur.
«L'instinct de l'ange» dram filmi rejissor Rişar Dembo tərəfindən çəkilib. 1993-cü ildə Fransa, İsveçrə və Belçikanın birgə istehsalı olan ekran əsərində baş rolları Lamber Vilson, Fransua Klüze, Jan-Lui Trentinyan və Elen Vensan canlandırıb.
«Mələyin instinkti» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 27 yanvar 1993
- Rejissor
- Rişar Dembo
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Birsəsli kadrarxası
- Müddət
- 113 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın