
Hər Şəyə Rəğmən Yaşamaq
Valideynlərini avtomobil qəzasında itirən iki qardaş həyatda tək qalır. On səkkiz yaşlı Vinsent on bir yaşlı Lyüsyen üçün ata rolunu öz üzərinə götürür. Böyük qardaş təsəllini rəfiqəsi Cessikada axtardığı vaxt, balaca Lyüsyen valideynlərinin sağ qaldığı xəyali bir dünya qurur.
Cessika ilə ayrılıqdan sonra Vinsent bütün diqqətini qardaşına yönəldir. Birgə yaşadıqları çətin günlər iki qardaş arasındakı bağlılığı itirdikləri valideynlərinə olan sevgidən də möhkəm edir. «Carnets d'ados - La vie quand même» filmi ağır itkidən sonra yenidən ayağa qalxmağın çətinliyindən bəhs edir.
2003-cü ildə Fransada istehsal olunmuş dram filminin rejissoru Olivye Peredir (Olivier Péray). Baş rolları Mattyö Tribe, Maksim Monsimye, Mariann Basle və Erik Saven canlandırıblar.
«Hər Şəyə Rəğmən Yaşamaq» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 5 mart 2003
- Ölkə
- Fransa
- Rejissor
- Olivier Péray
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Birsəsli kadrarxası
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın