Çatni popkorn
Film1999ABŞ92 dəq.480p

Çatni popkorn

Chutney Popcorn
IMDb
5.8
«Qadın. Onun rəfiqəsi. Bacı. Onun əri. Onların körpəsi.»

Hind mənşəli gənc qadın Rina sevgilisi Layza ilə birlikdə yaşayır. Qızının münasibətlərini qəbul etməyən anası isə hər kəsə Layzanın sadəcə ev yoldaşı olduğunu deyir. Ailədə digər bir problem isə Rinanın bacısı Saritanın övlad sahibi ola bilməməsi ilə bağlıdır.

Bacıya dəstək olmaq istəyən Rina onun üçün surroqat ana olmağı təklif edir. Lakin bu addım ailədaxili vəziyyəti daha da qəlizləşdirir. Layza uşağın onların münasibətlərinə xələl gətirəcəyindən narahat olur, Sarita isə verdiyi qərardan peşmanlıq duymağa başlayır, lakin artıq hər şey üçün gecdir.

1999-cu ildə ABŞ-da istehsal olunmuş «Çatni popkorn» komediya-dram janrındadır. Filmin rejissoru və baş rol ifaçısı Nişa Qanatradır. Digər rolları Cill Hennessi, Sakina Ceffri və Madhur Cafri canlandırıblar.

İzlə

«Çatni popkorn» onlayn izlə

Hələlik yalnız rus dilində səsləndirmə mövcuddur.

Pleyer

Film haqqında

Buraxılış tarixi
9 iyul 1999
Ölkə
ABŞ
Keyfiyyət
480p
Tərcümədə
Birsəsli kadrarxası
Müddət
92 dəq.

Rollarda

—hələ qiymət yoxdur
Filmi qiymətləndirinQiymətiniz tövsiyələrə kömək edəcək

Rəylər 0

Rəy yazmaq, bəyənmək və cavab vermək yalnız qeydiyyatdan keçmiş izləyicilər üçündür

Hələ rəy yoxdur — ilk siz yazın