
Anime borboniche
Luçiya və Vinçentso XVIII əsrə aid tarixi libaslar geyinərək avtomobillə Kazerta Kral Sarayında keçiriləcək canlandırma tədbirinə yollanırlar. Yolüstü edilən qısa fasilə zamanı ər-arvad arasında kəskin mübahisə düşür. Yoldaşının daimi deyinmələrindən təngə gələn qadın avtomobili sürüb gedir və ərini yolun tən ortasında tək qoyur.
Vinçentso Bourbon dövrünün faytonçusu qiyafəsində nəqliyyatsız, pul kisəsiz və telefonsuz qalır. Tədbir məkanına çatmaq üçün o, qəribə geyimdə piyada addımlamaq məcburiyyətindədir. Bu qeyri-adi səyahət zamanı qəhrəman müxtəlif insanlarla qarşılaşır və gözlənilməz hadisələrlə üz-üzə qalır.
2020-ci ildə ekranlara çıxan «Anime borboniche» italyan dram filminin rejissor kürsüsündə Paolo Konsorti və Quido Morra əyləşib. Əsas rolları Ernesto Maye, Syuzi Del Qyudiçe, Covanni Espozito və Cobe Kovatta canlandırıblar.
«Anime borboniche» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 dekabr 2020
- Ölkə
- İtaliya
- Rejissor
- Paolo Consorti, Guido Morra
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 87 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın