
Rəqs
İvanna flamenko rəqqasəsi cildinə girərək Karakasa gəlir və yerli gecə klublarının birində çıxış etməyə başlayır. Əslində isə bu addım gizli bir tapşırığın hissəsidir. Qadına böyük bir fırıldaqçını aradan qaldırmaq tapşırılıb və hədəfə çatmağın yolu onun oğlu Visente ilə tanışlıqdan keçir.
Oğlan vasitəsilə atasının izinə düşmək istəyən İvanna onunla romantik münasibət qurur. Lakin zaman keçdikcə saxta yaxınlıq həqiqi hisslərə çevrilir. Gizli niyyətlər və qorunan sirlər bu gözlənilməz sevgini çətin sınaqla üz-üzə qoyur.
«El Baile» dramatik triller filminin quruluşçu rejissoru Rino Arreazadır. 2019-cu ildə Venesuelada çəkilmiş ekran əsərində baş rolları Irene Esser, Gabriel Agüero, Maria Antonieta Hidalqo və José Astros canlandırıb.
«Rəqs» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 12 avqust 2019
- Ölkə
- Venesuela
- Rejissor
- Rino Arreaza
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 80 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın