
Qırmızı torpaq
Tibb bacısı Nur atasının uzun illər çalışdığı və həmkarlar ittifaqına rəhbərlik etdiyi böyük kimya zavodunda işə düzəlir. Həmin ərəfədə gənc bir jurnalist müəssisədə tullantıların qanunsuz basdırılması və idarə olunması ilə bağlı müstəqil araşdırmaya başlayır.
İş prosesində Nur rəhbərliyin baş vermiş qəzaları və zəhərli maddələrin işçilərin səhhətinə vurduğu ağır zərərləri gizlətdiyini öyrənir. Qadın ciddi seçim qarşısında qalır: aşkarladığı faktları ictimailəşdirib zavodun bağlanmasına və atasının, eləcə də minlərlə insanın işsiz qalmasına səbəb olmaq, yoxsa təhlükəsizlik qaydalarının pozulmasına göz yummaq.
Fransa və Belçika istehsalı olan «Qırmızı torpaq» (Rouge) dram filminin rejissoru Farid Bentumidir. Əsas obrazları Zita Anro, Sami Buajila, Selin Sallett və Olivye Qurme canlandırıblar.
«Qırmızı torpaq» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 11 sentyabr 2020
- Rejissor
- Farid Bentoumi
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 86 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın