
Oğurlanmış
Yapon Hiiraqi ailəsinin kiçik oğlu, on dörd yaşlı Tetsuya gözlənilmədən yoxa çıxır. Çox keçmədən məlum olur ki, yeniyetmə xarici agent tərəfindən qaçırılıb. Bu xəbər dərhal ölkə miqyasında yayılır və mətbuatın diqqət mərkəzinə çevrilir.
Lakin insanlar dərddən sarsılan bu ailəyə şəfqət göstərmək əvəzinə, onların kədərini şübhə altına alaraq mənəvi təzyiq göstərməyə başlayırlar. Hər tərəfdən sıxışdırılan və tək qalan ailə üzvlərinin hər biri həm qəfil itki, həm də cəmiyyətin amansız hücumları ilə öz gücünə mübarizə aparmağa çalışır.
«Stolen» dram filminin rejissoru Taka Tsubotadır. ABŞ və Yaponiya kino ustalarının birgə ərsəyə gətirdiyi layihə 2018-ci ildə ekranlara çıxıb. Əsas rolları Yuki Kawashima, Mizuki, Miwako Izumi və Takahiro Ono canlandırıblar.
«Oğurlanmış» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2018
- Rejissor
- Taka Tsubota
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 58 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın