
Oskar və Lilli
Çeçenistandan qaçan Oskar və Lilli altı ildir ki, Avstriyada yeni adlar altında nəzərə çarpmamağa çalışaraq yaşayırlar. Ataları bir il əvvəl ölkədən deportasiya olunub və o vaxtdan bəri ondan heç bir xəbər yoxdur. Eyni aqibət uşaqları və analarını da gözləsə də, qadının ümidsiz intihar cəhdi miqrasiya prosesinin gedişatını dəyişir.
Baş verən bu ağır hadisə bacı və qardaşın Avstriyada qalmasına imkan verir. Lakin yerli qurumlar uşaqları bir yerdə saxlamır. Doğma qan bağlarına baxmayaraq, onları ayırıb tamamilə fərqli himayədar ailələrə göndərirlər.
«Oskar və Lilli» dram filmi 2020-ci ildə Avstriyada istehsal olunub. Ekran əsərinin rejissoru Araş T. Riyahi, baş rol ifaçıları isə Roza Zant, Leopold Pallua, Anna Fenderl və Simon Fuitdir.
«Oskar və Lilli» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 yanvar 2020
- Ölkə
- Avstriya
- Rejissor
- Arash T. Riahi
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 102 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın