
Adi cinayət
Sesiliya universitetdə dərs deyir və azyaşlı oğlu ilə birlikdə şəhərkənarı evində firavan yaşayır. Yağışlı bir gecədə onun qapısı bərkdən döyülür. Qapı arxasındakı şəxs ev qulluqçusu Nebenın oğlu, yeniyetmə Kevindir. Lakin qorxuya düşən və şübhələnən qadın qapını açmamaq qərarına gəlir və gənci içəri buraxmır.
Ertəsi səhər Kevinin cansız bədəni çayda tapılır. Yerli sakinlər bu faciədə polisi ittiham edirlər. Gənci xilas edə biləcəyini anlayan Sesiliyanı ağır günahkarlıq hissi bürüyür.
«Adi cinayət» (Un crimen común) adlı filmin rejissoru Fransisko Markesdir. 2020-ci ildə çəkilmiş Argentina istehsalı olan dram və triller janrlı ekran əsərində əsas rolları Eliza Karrikaxo, Mecha Martinez, Eliot Otazo və Ciro Coien Pardo canlandırıb.
«Adi cinayət» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 26 fevral 2020
- Ölkə
- Argentina
- Rejissor
- Fransisko Markes
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 96 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın