
Sınmış
Ağır əsəb sarsıntısı keçirən Harold şiddətli aqorafobiyadan əziyyət çəkir və açıq məkana çıxmaqdan qorxur. O, artıq beş aydır ki, Yeni Orleanın küçələrindən birində xarab olmuş avtomobildə gecələyir və oranı tərk etmir. Günlərin birində yerli polis əməkdaşı ona xəbərdarlıq edir: maşını küçədən yığışdırmaq üçün cəmi iki həftə vaxt var, əks halda maşın evakuasiya olunacaq.
Elə bu ərəfədə Harold qarşıdakı evdə məskunlaşan Ceykob adlı azyaşlı oğlanla tanış olur. Uşaq qapalı həyat sürən bu insana yemək və geyim daşıyır, aralarında səmimi dostluq formalaşır. Çox keçmir ki, Harold balaca dostunun və onun anasının yeni ögey atanın evdəki zorakılığından əziyyət çəkdiyini öyrənir.
ABŞ istehsalı olan «Broken Down» dram filmi 2020-ci ildə işıq üzü görüb. Ekran əsərinin quruluşçu rejissoru Cessi Keyl Uilyamsondur. Filmin əsas obrazlarını Sem Kobin, Eyden Hartman, Lişa Uiler və Beki Li Barni canlandırıblar.
«Sınmış» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 oktyabr 2020
- Ölkə
- ABŞ
- Rejissor
- Cessi Keyl Uilyamson
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 92 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın