
Dəniz parıltısı
Baltik dənizi üzərində baş verən təyyarə qəzası sahibkar Tomas Vintersperger ilə həyat yoldaşı Sonyanın böyük qızları Annanın həyatına son qoyur. Həlak olanların yaxınları üçün sahil yaxınlığında təşkil edilən anım mərasiminə qatılan ər-arvad dərin sarsıntı keçirir. Geri qayıdarkən kədərə tab gətirə bilməyən Tomas avtobusdan düşür və piyada yaxınlıqdakı sakit Maalsund qəsəbəsinə yollanır.
Qızının vəfat etdiyi yerə yaxın qalmaq istəyən ata bütün keçmişini geridə qoymağa qərar verir. O, köhnə biznesini tərk edir və yerli limanın yanında boş qalmış bir dükanı alaraq orada kafe açmağı planlaşdırır. Kədəri tamamilə fərqli şəkildə yaşayan və tez bir zamanda oradan uzaqlaşmaq istəyən Sonya isə ərinin bu addımını qəbul etmir və aralarında ciddi anlaşılmazlıq yaranır.
Almaniya istehsalı olan «Dəniz parıltısı» (Meeresleuchten) dram filminin rejissoru Volfqanq Panzerdir. 2020-ci il ekran işində baş rolları Ulrix Tukur, Sibel Kekilli, Ursina Lardi və Kostya Ullman canlandırıblar.
«Dəniz parıltısı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 17 fevral 2021
- Ölkə
- Almaniya
- Rejissor
- Volfqanq Panser
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 86 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın