
Məhbusun qızı
Keçmiş boksçu Maks ömrünün böyük bir hissəsini dəmir barmaqlıqlar arxasında keçirib. Keçmişində çoxlu qaranlıq səhifələr olsa da, yaddaşında ən dəyərli yer tutan yeganə insan qızı Maksindir. Həbsxana rəhbərliyi kişiyə sağalmaz xərçəng xəstəliyinə tutulduğunu bildirir və ona həyatının son aylarını doğmalarının yanında keçirmək imkanı yaradır.
Azadlığa çıxan Maks həm uzun müddətdir görmədiyi qızı, həm də varlığından belə xəbərsiz olduğu nəvəsi ilə qarşılaşır. Onu çoxdan unudan ailənin arasına qayıtmaq və onların etimadını yenidən qazanmaq asan olmur. İndi o, buraxdığı səhvləri bağışlatmaq və səmimiyyətini sübut etmək üçün çətin bir sınaqdan keçməlidir.
«Məhbusun qızı» (Prisoner's Daughter) adlı ABŞ dram filmi 2022-ci ildə rejissor Ketrin Hardvik tərəfindən çəkilib. Ekran əsərində baş rolları Keyt Bekinseyl, Brayan Koks, Kristofer Konveri və Con Uertas canlandırıblar.
«Məhbusun qızı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 14 sentyabr 2022
- Ölkə
- ABŞ
- Rejissor
- Ketrin Hardvik
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 100 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın