
Stromboli
Həyat yoldaşından yeni ayrılan Sara keçmişin ağır izlərini unutmağa çalışır. Daxili ağrılarını spirtli içkilərlə yatırtmaq istəyən qadın çantasını yığıb İtaliyanın Stromboli adasına yollanır. Onun baqajı təkcə şəxsi əşyalarla deyil, həm də içki şüşələri ilə doludur.
Adada insanlara psixoloji yardım göstərən xüsusi terapiya düşərgəsi fəaliyyət göstərir. Buradakı mənəvi rəhbər iştirakçıları öz qorxuları ilə üzləşməyə və onlardan qurtulmağa təşviq edir. "Stromboli" filminin qəhrəmanı isə dərdlərini unutmaq üçün adadakı vulkanın püskürməsini arzulayır.
Niderland istehsalı olan bu dramın rejissoru Mixil Van Erpdir. Baş rolu Eliz Şaap canlandırıb, digər obrazları isə Tim MakInnerni, Kristian Hilborq və Piter Embrexts ifa ediblər. Ekran əsəri 2022-ci ildə nümayiş olunub.
«Stromboli» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 3 noyabr 2022
- Ölkə
- Niderland
- Rejissor
- Mixil Van Erp
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Синема УС
- Müddət
- 86 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın