
Lirlər ailəsi
Nüfuzlu memarlıq şirkətinin banisi Devenport Lir təqaüdə çıxmağa hazırlaşır. Bu münasibətlə o, böyümüş dörd övladını öz layihəsi əsasında ucaldılmış malikanədə həftəsonu görüşünə dəvət edir. Varisər isə atalarının milyonlarla ölçülən sərvətini və nüfuzunu necə bölüşdürəcəyini eşitmək ümidi ilə bir araya gəlirlər.
Lakin ailə başçısının gözlənilməz xəbəri hər kəsi çaş-baş salır: o, yaxın günlərdə şəxsi köməkçisi Diana ilə ailə qurmağa hazırlaşdığını bildirir. Bu xəbərdən sonra tamahkar övladlar arasında dərhal miras davası, qısqanclıq və bir-birinə qarşı gizli intriqalar başlayır.
2017-ci ildə ABŞ-da çəkilmiş «Lirlər ailəsi» (The Lears) komediya-dram filminin rejissoru Karl Bessaydır. Baş rolları Brus Dern, Entoni Maykl Holl, Şon Estin və Elison Miçalka canlandırıblar.
«Lirlər ailəsi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 22 aprel 2017
- Ölkə
- ABŞ
- Rejissor
- Karl Bessay
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Синема УС
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın