
Anam tərəfindən oğurlanmış: Kamaya Moblinin hekayəsi
1998-ci ilin yayında Qloriya Uilyams hamiləliyini itirir və bu itkini qəbul edə bilməyərək özgə uşağını mənimsəməyə qərar verir. O, tibb bacısı qiyafəsində Floridadakı xəstəxana palatasına daxil olur və yenicə doğulmuş Kamaya Mobli adlı qızcığazı anasının qucağından qaçırır. Körpəni Cənubi Karolinaya aparan qadın ona Aleksis adını qoyur və illərlə öz övladı kimi böyüdür.
İllər keçir və artıq yetkinlik yaşına çatan qız işə düzəlmək qərarına gəlir. Rəsmi sənədləşmə və sosial sığorta nömrəsi almaq istəyərkən yaranan problemlər gənc qızı öz keçmişini araşdırmağa vadar edir. Çox keçmədən məlum olur ki, həyatı boyu doğma anası sandığı qadın əslində onu körpə ikən qaçıran cinayətkardır.
«Stolen by My Mother: The Kamiyah Mobley Story» dram filminin rejissoru Ceffri V. Börd olub. 2020-ci il ABŞ istehsalı olan ekran əsərində baş rolları Nisi Neş, Natali Malayka, Marsi T. Haus və Heon Klark canlandırıblar.
«Anam tərəfindən oğurlanmış: Kamaya Moblinin hekayəsi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 18 yanvar 2020
- Ölkə
- ABŞ
- Rejissor
- Ceffri V. Börd
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 87 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın